20 
Iyn
2023
14:53
436

Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcək

Cari ilin 25 iyun tarixində müstəqil Gürcüstanın tarixində ilk dəfə paytaxt Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcək.

InterPress.ge xəbər verir ki, qurultayda azərbaycandilli məktəblərdə yaşanan problemlər və həlli yolları, eləcə də kadr çatışmazlığı, ana dili, dövlət dili, ibtidai sinif müəllimləri, xüsusi müəllimlər, inkluziv təhsil və s. mövzuları üzrə panel görüşlər təşkil ediləcək.

Həmçinin, qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, Gürcüstanın təhsil və elm nazirliyinin, Gürcüstan parlamentinin, Avropa İttifaqının Gürcüstan üzrə Monitorinq Missiyasının, diplomatik korpus və səfirliklərin, “Müəllimlər Evi”nin, Gürcüstanın Xalq Müdafiəçisinin nümayəndələri də iştirak edəcək.

Qurultay “Maarif” təşkilatı, “SALAM” platforması və “Qafqaz və Hüquq İnteqrasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın