19 
Iyn
2023
15:22
926

Gürcüstanda qaraciyər transplantasiyası əməliyyatını dövlət tam maliyyələşdirəcək

Məcburi köçkünlər, əmək, səhiyyə və əhalinin sosial müdafiəsi nazirinin sözlərinə görə, qaraciyər transplantasiyası əməliyyatını dövlət tam maliyyələşdirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Zurab Azaraşvili hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.

 “Hökumətin iclasında mühüm qərarlar qəbul etdik. Məsələlərdən biri də orqan transplantasiyası büdcəsində dəyişikliklərlə bağlıdır. İndiyə qədər qaraciyər transplantasiyası zamanı dövlət 120.000 larilik əməliyyatı cəmi 70.000 lari ilə maliyyələşdirib. Bir çox hallarda bu, qalan 50.000 larini səfərbər etməyin çətin olduğu seqmentə aiddir və buna görə də əməliyyatın həm diaqnoz, həm də əməliyyatla bağlı xərclərini tam maliyyələşdirmək qərarına gəldik. Qaraciyər transplantasiyası zamanı 120 000 lari bu gündən tam olaraq dövlət tərəfindən qarşılanacaq”, - Zurab Azaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın