İyunun 16-da istilər fonunda Gürcüstanda yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə şimşək çaxacaq, Şərqi Gürcüstanda dolu düşəcəyi ehtimalı var. Gün ərzində havanın temperaturu düzənliklərdə və aran bölgələrində +26, +31 dərəcə təşkil edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
İyunun 17-də havanın açılacağı, iyunun 18-dən isə yenidən yağıntılı olacağı gözlənilir.
Şərqi Gürcüstanda bəzi yerlərdə güclü yağış və dolu ola bilər.
Tbilisidə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
