16 
Iyn
2023
11:49
926

Gürcüstanda orta aylıq əmək haqqı 270,1 lari artıb

2023-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% (270,1 lari) artaraq 1716,6 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, Sakstat bu gün muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının I rübün nəticələrini açıqlayıb.

Fəaliyyət növündən asılı olaraq aşağıdakı sahələrdə nisbətən yüksək əmək haqqı müşahidə edilib:

• Maliyyə və sığorta fəaliyyəti - 3 761,1 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8% artıb);

• İnformasiya və rabitə – 3 631,3 lari (artım 55,2%);

• Peşə, elmi və texniki fəaliyyət - 2 386,8 lari (artım 21,6%);

• Tikinti - 2 145,5 lari (artım 14,7%).

2023-cü ilin birinci rübündə qadınların orta əmək haqqı 1375,7 lari, kişilərinki isə 2053,4 lari olub. Əmək haqqının illik artımı qadınlarda 190,9 lari (16,1%), kişilərdə isə 358,1 lari (21,1%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər