15 
Iyn
2023
18:51
827

Qeyri-gürcü dilli məktəblərdə “təcrübəçi müəllim” statusunun vaxtının uzadılması ilə bağlı qərar bu tarixdən qüvvəyə minir

“Müəllimin peşəkar inkişafı və karyera yüksəlişi sxeminin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

InterPress.ge xəbər verir ki, qeyri-gürcü dilli məktəblərdə/sektorlarda “təcrübəçi müəllim” statusunun 2025-2026-cı tədris ilinin sonuna qədər saxlanılması ilə bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvili qərar imzalayıb.

Qərar 15 iyun tarixindən qüvvəyə minir.

2025-2026-cı tədris ilinin sonuna qədər fənn imtahanının nəticələri aşağıdakı cədvələ uyğun olaraq 1, 4, 7 və ya 10 kredit balla ilə hesablanacaq:

Fənn imtahnı üzrə test nəticələri (%)

Kredit

60-dan yuxarı

10

50-60

7

40-50

4

30-40

1

 

İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın sözlərinə görə cari ilin 10 mart tarixində Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin imzaladığı 97 saylı qərara əsasən 2023-cü ilin 15 iyun tarixindən qeyri-gürcü dilli məktəblərdə “təcrübəçi müəllim” status ləğv edilməli idi. “Gürcüdilli məktəblərdə demək olar ki, “təcrübəçi müəllim” statusu adı altında fəaliyyət göstərən müəllim qalmayıb, müəllimlərin hamısı “baş müəllim” statusunu alıbdır. Azərbaycandilli məktəblərdə isə müəllimlərin yarısı “təcrübəçi müəllim” statusu adı altında fəaliyyət göstərir. Cari ilin 10 mart tarixində verilən qərar 1500-ə yaxın müəllimin işini itirməsinə səbəb olacaqdı, bu isə öz növbəsində Azərbaycandilli məktəblərin kütləvi bağlanmasına gətirib çıxaracaqdı. Təəsüflər olsun ki, bu qədər müəllimləri əvəz edəcək kifayət qədər gənc kadrlarımız da yoxdur. Müəllimlər çox stres keçirirdilər, qısa müddət ərzində baş nazirin verdiyi qərara dəyişiklik edilməsinə ümidləri yox idi. Sevindirici haldır ki, Gürcüstanın dövlət qurumlarına ünvanladığımız müraciətlərin, birbaşa görüşlərin nəticəsi oldu və “təcrübəçi müəllim” statusunun vaxtı uzadıldı. Bu gün tarixi bir gündür. Bu gün biz milli məktəblərimizin kütləvi bağlanmasının qarşısını ala bildik.” – deyə Aygül İsayeva bildirdi.

Bizimlə əlaqə saxlayın