Fahişəlik üçün yer vermək ittihamı ilə 1 nəfər tutuldu
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində əcnəbi vətəndaş, 1973-cü il təvəllüdlü İ.Ç. Tbilisidə fahişəlik üçün yer vermək ittihamı ilə tutulub.
InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb.
Qurumun məlumatına görə, cinayət 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxsin icarəyə götürdüyü salonda işləyən şəxslər pul müqabilində müştərilərə seksual xidmət göstəriblər və qazandıqları pulun bir hissəsini sistemli şəkildə İ.Ç.-yə veriblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin 2-ci hissəsinə əsasən aparılır.


