Gürcüstan Prokurorluğu bir nəfəri 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq və intihara səbəb olmaqda ittiham edib
Gürcüstan Prokurorluğu bir nəfəri 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq və intihara səbəb olmaqda ittiham edib.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi iyunun 13-də tutublar.
Daxili İşlər Nazirliyinin apardığı istintaq zamanı müəyyən edilib ki, Batumidə təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərərçəkmiş şəxslə sistemli şəkildə cinsi əlaqədə olub. O, həmçinin onu sistemli şəkildə alçaldıb, şifahi təhqir edib və bu səbəbdən də zərərçəkmiş iyunun 11-də yaşayış binasının 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinin “A” bəndi və 140-cı maddəsinin birinci hissəsi ilə ittiham olunub. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində Batumi Şəhər Məhkəməsinə müraciət edəcək. Cinayət işi üzrə istintaq davam edir.


