Kobuletidə 35 yaşlarında şəxs hündürlükdən yıxılaraq ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə TV25.GE yazıb.
Hadisə bu gün Rustaveli küçəsi 136 ünvanında baş verib. Məlumata görə, hadisə yerinə gələn təcili yardım briqadası vətəndaşın öldüyünü aşkarlayıb.
Ərazidə ekspert-kriminalistlər işləyir.
