Marneulinin mərkəzi Rustaveli küçəsində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yuxarıdan gedən elektrik kabellərində baş verən qısaqapanma zamanı Şam ağacında yanğın baş verib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə yanğınsöndürmə qrupu cəlb olunub və yanğın söndürülüb.
