12 
Iyn
2023
11:15
391

Çiaturada mədənçilər etiraz aksiyası keçirir

Çiaturada mədənçilərin etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, artıq 6-cı gündür ki, meriya binası qarşısına toplaşan aksiya iştirakçıları layiqli maaş, iş şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi normalarına əməl olunmasını tələb edirlər.

3000-dən çox mədənçi şirkətin təklif etdiyi şərtlərə etiraz edir və hazırkı təkliflə işləməyə davam etmək niyyətində olmadıqlarını bildirirlər.

Hazırda bütün mədən işləri dayandırılıb, işçilər küçə etirazı rejiminə keçib.

Bizimlə əlaqə saxlayın