DİN başqasının bağ evinə gizli şəkildə daxil olaraq məişət texnikası oğurlayan şəxsləri saxladı
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq ittihamı ilə 3 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, saxlanılan şəxslər əvvəllər də oğurluqda təqsirli biliniblər və hazırda onlar sınaq müddətindədirlər.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, təqsirləndirilən şəxslər Mtsxetadakı şəxslərdən birinin bağ evinə gizli şəkildə daxil olaraq məişət texnikası oğurlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağ evlərindən oğurlanmış əşyalar və məişət texnikası maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “Q” yarımbəndinə əsasən aparılır, bu da mənzilə qanunsuz daxil olmaqla oğurluq etməyi nəzərdə tutur.
Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


