“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə “İlia Dövlət Universitetinin” təqdimat məqsədli görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi” bununla bağlı məlumat yayıb.
Bildirilib ki, İlia Universitetinin Elm və İncəsənət fakultəsinin dekan köməkçisi və lektoru İvlita Lobjanidze abituriyentlərə qiymətləndirmə sistemi, fakultetlər, 1+4 programının necə tədris olunduğu haqqında ətraflı məlumat verib və gənclərin suallarını cavablandırıb.
Qeyd edək ki, görüşdə 120-dən çox abituriyent iştirak edib.



