"Adidas" və "Nike" brendlərinin paltarları Kvemo Kartlidə qanunsuz tikilib - 2 nəfər tutulub
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının Kvemo Kartli Bölgə Prokurorluğu ilə razılaşdıraraq həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 nəfəri məsuliyyətə cəlb ediblər.
InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Kvemo Kartli bölgəsində 3 yerdə tikiş obyektləri açıblar, burada qanunsuz maddi gəlir əldə etmək və malların satışını asanlaşdırmaq məqsədilə “Adidas” və “Nike” ticarət nişanlarından qanunsuz istifadə ediblər, kişi və qadın idman geyimləri hazırlayıblar və qeyd olunan malları müxtəlif ticarət obyektlərində satıblar.
Araşdırmalar nəticəsində 641 ədəd qeyri-qanuni markalanmış “Adidas” və “Nike” markalı geyimlər, eləcə də saxta malların istehsalı üçün nəzərdə tutulan külli miqdarda yuxarıda adıçəkilən brendlərin satış nişanları götürülüb.
Bu cinayət Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulub və 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


