Elektrik enerjisinin tarifi artacaqmı?
Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası vətəndaşlara yanlış hesablanmış və köhnə borclar şəklində 1,4 milyon larilik məbləği silib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri Davit Narmaniya açıqlama verib.
O bildirib ki, ən azı 1-1,5 il ərzində elektrik enerjisi sektorunda tarif artımı gözlənilmir.
"Yanlış hesablanmış, yaxud artıq yüklənmiş və ya köhnə borc şəklində 1,4 milyon lariyə qədər məbləğ komissiya tərəfindən silinib. Kompensasiya daha çox elektrik enerjisi sektorunda verilib və silinən məbləğlər içərisində köhnə borclar üstünlük təşkil edir. Tariflərə gəlincə, istehlak tarifləri uzun müddətdir ki, dəyişməz qalıb. Ən azı 1-1,5 il ərzində elektrik enerjisi sektorunda tariflərin artımını gözləmirik. Biz təbii qaz üçün daha uzun müddət təyin etmişik”, - deyə Narmaniya bildirib.


