08 
Iyn
2023
13:33
1667

Marneulidə azyaşlı qızı evlənmək məqsədilə qaçıran şəxslər tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq nəticəsində 1994-cü il təvəllüdlü C.H. və 1981-ci il təvəllüdlü Q.A.-ni azyaşlını qarşı qrup halında qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

İstintaqla müəyyən edilib ki, bu il iyunun 7-də Marneuli bələdiyyəsinin kəndlərindən birində C.H. 2007-ci il təvəllüdlü S.K.-ni evlənmək məqsədilə qaçırıb və onu azadlıqdan məhrum edib. Qeyd olunan cinayət əməlində hazırda təqsirləndirilən şəxs qismində tutulan Q.A. da iştirak edib.

Polis əməkdaşları tərəfindən aparılan intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan qızın yeri müəyyən edilib.

Azyaşlının qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” və “d” yarımbəndlərinə əsasən aparılır.

Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın