08 
Iyn
2023
11:56
281

"Sarp” gömrük-keçid məntəqəsində 3 qanun pozuntusunun qarşısı alınıb

“Sarp” gömrük-keçid məntəqəsində 3 qanun pozuntusunun qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verib.

Qurumdan verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən Gürcüstan və xarici ölkə vətəndaşlarının həm fiziki, həm də çantalarının yoxlanılması nəticəsində bəyan olunmamış 43 460,34 lari (ümumi çəkisi: 451,89 qram) dəyərində qızıl-zinət əşyaları aşkar edilib.

“Qanunu pozan əcnəbi vətəndaşların iş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib, qanunu pozan Gürcüstan vətəndaşı isə 168-ci maddənin birinci hissəsinə əsasən 7573,59 lari məbləğində cərimələnib”, - Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən yayılan məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın