Bu gün birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsi başladı
2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə I sinif şagirdlərinin qeydiyyatının III mərhələsi - ümumi qeydiyyat bu gün saat 09:00-da başlayıb və iyunun 23-dək davam edəcək.
InterPress.ge xəbər verir ki, məlumatı Təhsil Nazirliyi yayıb.
Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin register.emis.ge internet saytında aparılacaq. Qeydiyyat valideyn/qanuni qəyyum tərəfindən həyata keçirilir. Elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi iyunun 26-dan iyulun 12-dək aparılacaq. Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
Birinci sinif şagirdləri üçün ümumi qeydiyyat təlimatları ilə qeyd olunan linkdə tanış olmaq olar.
Gürcüstanın Təhsil və Elm Nazirliyi övladını vaxtında və rahat şəkildə məktəbə yazdıra bilmək üçün valideynləri qeydiyyatın şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa çağırır.


