Gürcüstan vətəndaşı rus işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Axalqori bələdiyyəsinin Axmaci kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
InterPress.ge xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti məlumat verib.
Məlumata görə, bu barədə məlumat daxil olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyasının “qaynar xətt”i aktivləşdirilib. Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.
“Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - məlumatda qeyd olunub.


