06 
Iyn
2023
21:39
731

Keçmiş həyat yoldaşının əl-ayağını bağlayaraq dərədən atan şəxs saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü N.L.-ni ailə üzvünü qəsdən öldürmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN bəyanat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs şəxsi avtomobilində, qarşılıqlı mübahisə zəminində keçmiş həyat yoldaşı - 1996-cı il təvəllüdlü M.M.-nin kəndirlə əl-ayağını bağlayıb. Cinayəti ört-basdır etmək üçün təqsirləndirilən şəxs ertəsi gün meyiti icarəyə götürdüyü avtomobilin yük yerinə qoyub, Qldani həbsxanasının ətrafına gedərək onu dərəyə atıb.

Ailə üzvünün qəsdən öldürülməsi ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın