Polşada 4 Gürcüstan vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, onlar maddi gəlir müqabilində miqrantların Polşa-Almaniya sərhədinə qanunsuz daxil olmasında günahlandırılır.
Sərhədçilər müəyyən ediblər ki, əcnəbilərin Polşa ərazisinə daxil olub-olmamasını təsdiq edən sənədləri olmayıb.
Yerli KİV-in məlumatına görə, avtomobillərdə ümumilikdə 38 nəfər tapılıb. Onlar Türkiyə Respublikasının vətəndaşlarıdır. Onlardan biri də Əfqanıstan vətəndaşıdır.
Məhkəmənin qərarı ilə miqrantların qanunsuz daşınmasının təşkilatçıları barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
