06 
Iyn
2023
10:18
555

Qanunsuz olaraq azadlıqdan məhrum etmə və zorla pul tələb etmə ittihamı ilə dörd nəfər tutuldu

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Dedoplistskaro rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən 4 nəfəri tutublar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

2003-cü il təvəllüdlü M.B., 2001-ci il təvəllüdlü Q.M., 1989-cu il təvəllüdlü M.S. və hazırda şərti sınaqda olan 1994-cü il təvəllüdlü T.L. qrup tərəfindən qabaqcadan razılıq əsasında zorakılıq tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər pul almaq üçün 1972-ci il təvəllüdlü Q.Ç.-ni aldadaraq evindən çıxarıblar, fiziki zorakılıq ediblər, öldürməklə hədələyərək azadlığından məhrum ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsləri tezliklə saxlayıblar.

Cinayətlərə görə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın