05 
Iyn
2023
16:23
356

Kutaisi Hava Limanından Almatıya uçuşlara başlanılıb

Qazaxıstanın aşağı büdcəli aviaşirkəti FlyArystan Almatıdan Kutaisiyə birbaşa müntəzəm uçuşlara başlayıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Hava Limanları İttifaqı bildirib.

Məlumata görə, Almatı Qazaxıstanın beşinci şəhəridir ki, Kutaisi Beynəlxalq Hava Limanına birbaşa müntəzəm reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri həyata keçirilir.

Almatıya ilk uçuşla əlaqədar Kutaisi Beynəlxalq Hava Limanında aviaşirkətin nümayəndələri, Qazaxıstan Respublikasının Gürcüstandakı səfirliyinin ikinci katibi və Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze iştirak edib. İlk reyslə Qazaxıstandan 175 sərnişin gəlib.

Qazaxıstanın FLyArystan aşağı büdcəli aviaşirkəti Almatıdan əlavə paytaxt Astana, Atırau, Aktau və Şimkənddən Kutaisiyə müntəzəm birbaşa uçuşlar həyata keçirir. 2022-ci ilə qədər aviaşirkət Kutaisi Beynəlxalq Hava Limanında 135.000 sərnişinə xidmət göstərib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər