Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Statistika Xidməti 2024-cü il üçün əhalinin siyahıyaalınmasına başladı

709
Statistika Xidməti 2024-cü il üçün əhalinin siyahıyaalınmasına başladı
Dinləmək üçün basın

Bu gündən, iyunun 5-dən etibarən 2024-cü il əhalinin siyahıyaalınmasına hazırlıq işləri çərçivəsində Milli Statistika Xidməti İmereti bölgəsinin bütün bələdiyyələrində yaşayış məntəqələrinə baş çəkməyə və müvafiq…

Bu gündən, iyunun 5-dən etibarən 2024-cü il əhalinin siyahıyaalınmasına hazırlıq işləri çərçivəsində Milli Statistika Xidməti İmereti bölgəsinin bütün bələdiyyələrində yaşayış məntəqələrinə baş çəkməyə və müvafiq məlumatların toplanmasına başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Sakstat məlumat verib.

“2024-cü il əhalinin siyahıyaalınmasına hazırlıq çöl işləri 15 gün davam edəcək və Sakstat tərəfindən təlim keçmiş işçilər tərəfindən aparılacaq. Məlumatların toplanması müasir texnologiyalarla həyata keçirilir və bu proses zamanı planşet kompüterlərdən istifadə edilir.

Birinci mərhələnin işi zamanı ölkədəki ev təsərrüfatları və hər bir yaşayış məntəqəsinə uyğun olaraq onlarda daimi yaşayanların sayı barədə məlumatlar toplanacaq. 2023-cü ilin iyun ayında ev təsərrüfatlarının ilkin siyahılarının tərtibi digər bölgələrdə də davam etdiriləcək və bu ilin sonuna kimi bütün ölkəni əhatə edəcək. Qeyd olunan işlərə Sakstat tərəfindən təlim keçmiş 3500-ə yaxın intervüer cəlb olunacaq. 2024-cü il noyabrın 14-dən dekabrın 19-dək olan müddətdə əhalinin əsas siyahıyaalınması məlumatlarının toplanılması nəzərdə tutulur, bu müddət ərzində əhalinin sayı və onun tərkibi, habelə müxtəlif demoqrafik, özünüidarə bölmələrinə və yaşayış məntəqələrinə əsasən sosial-iqtisadi xüsusiyyətləri barədə ətraflı məlumatların əldə edilməsi nəzərdə tutulur.

Qeyd olunan məlumatlar ölkə əhalisinin demoqrafik vəziyyətinin müəyyən edilməsi, sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyən edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə zəruridir. Ümumi əhalinin siyahıya alınması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində fəaliyyətlərin qiymətləndirilməsi üçün mühüm mənbədir.

Siyahıyaalmaya sərf olunan xərclərdən və insan resurslarından optimal istifadə etmək üçün 2024-cü ildə əhalinin siyahıyaalınması ilə yanaşı, kənd təsərrüfatının siyahıyaalınması da aparılacaq. Müvafiq olaraq, demoqrafik və sosial məlumatlar ilə birlikdə kənd təsərrüfatı aktivliyi haqqında məlumatlar toplanacaq.

Ölkədə əhalinin siyahıyaalınması 10 ildə bir dəfə keçirilir. Gürcüstanda sonuncu siyahıyaalma 2014-cü ildə aparılıb”, - deyə dərc olunan məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →