05 
Iyn
2023
13:33
5125

Gürcüstan sərhəd-keçid məntəqələrində bu qayda tətbiq ediləcək

Sərhəddə sifətin tanınması sisteminin inteqrasiyası layihəsi 2023-cü ilin sonuna kimi tam şəkildə həyata keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin artıq parlamentə təqdim olunmuş illik hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, sərhəddə sifətin tanınması sisteminin inteqrasiyası layihəsi bütün sərhəd-keçid məntəqələrində müvafiq texniki və proqram təminatının quraşdırılmasını nəzərdə tutur.

“Sistem axtarışda olan, deportasiya edilən, saxta və ya başqalarının səyahət sənədləri ilə səyahət edən şəxslərin aşkar edilməsi məqsədilə ölkəyə daxil olan/çıxan şəxsləri müəyyən edir. Layihə texniki sınaq mərhələsindədir və lazımi avadanlıqların satın alınması və quraşdırılması mərhələsinə keçəcək. Layihə 2023-cü ilin sonuna kimi tam şəkildə həyata keçiriləcək ki, bu da dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi üçün çox mühüm addım olacaq”, - deyə hesabatda bildirilir.

Yuxarıda göstərilənlərə əlavə olaraq, hesabatda sərnişinlərin əvvəlcədən məlumatları və sərnişin adlarının qeydlərinin işlənməsi baxımından tam inkişaf etmiş API/PNR sistemindən bəhs edilir.

“Müvafiq bölmə axtarışda olan və ya digər şəxslərin Gürcüstana 7/24 hava yolu ilə giriş-çıxışına nəzarət edir. Qeyd olunan istiqamətdə, o cümlədən beynəlxalq dəstək çərçivəsində Daxili İşlər Nazirliyinin səlahiyyətli əməkdaşlarına təlimlər keçirilib. Onu da qeyd edək ki, hesabat dövründə Gürcüstan tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 3380 nəfərin readmissiya ərizəsinə baxıb, onlardan 3363 nəfəri barədə müsbət və 17 nəfər barəsində mənfi qərar qərar qəbul edib.”, - hesabatda deyilir.

Bizimlə əlaqə saxlayın