04 
Iyn
2023
15:53
500

Gürcüstan smartfonları hansı ölkələrdən alır?

2023-cü ilin yanvar-aprel aylarında Gürcüstan 113 milyon dollar və ya 294 milyon lari dəyərində mobil telefon alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

Bildirilib ki, bu, 2022-ci ilin analoji dövrünün göstəricisindən 32 milyon dollar (40%) çoxdur. Bu göstərici ilə cib telefonları Gürcüstanın ən böyük idxal mallarının statistikasında dərman vasitələri və kompüterlər arasında altıncı yeri tutub.

Gürcüstan smartfonların böyük hissəsini mobil telefonların topdan satışının qlobal mərkəzindən - Birləşmiş Ərəb Əmirliklərindən alır. Smartfonların əhəmiyyətli bir hissəsinin Çində istehsal olunmasına baxmayaraq, bu məhsullar ölkəyə əsasən vasitəçi ölkələr vasitəsilə daxil olur.

Gürcüstanın 2023-cü ilin yanvar-aprel aylarında mobil telefon aldığı ölkələr:

1 Birləşmiş Ərəb Əmirlikləri - 53,3 milyon dollar;

2 Çexiya - 23,0 milyon dollar;

3 Vyetnam - 11,4 milyon dollar;

4 Honq Konq - 6,2 milyon dollar;

5 Çin - 4,9 milyon dollar;

6 Hollandiya - 3,6 milyon dollar;

7 Hindistan - 2,4 milyon dollar;

8 İsveç - 2,2 milyon dollar;

9 Kipr - 1,0 milyon dollar;

10 İsveçrə - 0,8 milyon dollar.

Smartfonların təkrar ixrac həcmi demək olar ki, iki dəfə azalıb. 2022-ci ilin yanvar-aprel aylarında bu rəqəm 13,6 milyon dollar idisə, bu il 7,6 milyondur. Onların arasında Gürcüstandan Qazaxıstana 3,4 milyon dollar, Ermənistana 1,7 milyon, Azərbaycana 1,4 milyon dollar dəyərində mobil telefon gedib.

Bizimlə əlaqə saxlayın