30 
May
2023
16:06
270

Şəxsi həyatın toxunulmazlığını pozduğuna görə 7 nəfər ifşa olunub

2023-cü ilin aprel-may ayları ərzində Xüsusi İstintaq Xidməti şəxsi həyat toxunulmazlığını pozmaq ittihamı ilə 1-i Litva vətəndaşı olmaqla 5 nəfəri saxlayıb, 2 nəfər isə ittiham olunub.

InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat verib.

“Aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda sosial şəbəkələrdə tanış olduqları qadınlarla münasibətdə olublar, bu zaman onların şəxsi kompüterləri, mobil telefonları və sosial şəbəkələri vasitəsilə şəxsi həyatlarını əks etdirən intim şəkillərini, səsli mesajlarını, yazışmalarını və videolarını əldə ediblər. Qeyd edək ki, zərərçəkmişlər münasibətdə olduqları müddətdə yuxarıda qeyd olunan məlumatları könüllü olaraq onlara göndəriblər. Münasibətlər bitdikdən sonra qisas və şantaj məqsədi ilə təqsirləndirilən şəxslər zərərçəkmişlərin valideynlərinə, yaxın qohumlarına və tanışlarına onların şəxsi həyatını əks etdirən materialları göndəriblər. Bu hərəkət onların şəxsi həyatının sirrini pozub.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Tbilisi şəhər sakini, 1978-ci il təvəllüdlü Z.Ç. 2014-cü ildən 2022-ci ilin yayına qədər olan müddətdə zərərçəkmiş şəxslə qeyri-rəsmi nikahda olub, həmçinin zərərçəkmişin yoluxucu xəstəliyə tutulması barədə məlumatı olub.

Yuxarıda qeyd olunanlar şəxsi həyatın sirri olub. Təqsirləndirilən şəxs 2022-ci ilin yayında zərərçəkmişin ortaq tanışı ilə, 2023-cü ilin mart ayında isə sosial şəbəkə vasitəsilə zərərçəkmişin razılığı olmadan şəxsi həyatının sirrini əks etdirən məlumatları qanunsuz olaraq yayıb.

Xüsusi İstintaq Xidməti zərərçəkmişlər müraciət etdikdən sonra onların həyatının məxfiliyinin tam qorunması ilə qısa müddətdə istintaq-əməliyyat tədbirlərinin aparılmasını təmin edib, təqsirləndirilən şəxslər tutularaq ittiham olunublar.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xüsusi İstintaq Xidməti qeyd olunan iş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 157 prima (şəxsi həyat sirrini pozma) və 159-cu (şəxsi yazışma sirrini pozma) maddələri ilə istintaqı davam etdirir.

Xüsusi İstintaq Xidməti şəxsi həyatın toxunulmazlığının pozulmasının qarşısının alınması və cinayətdə ifşa olunan şəxslərin müəyyən edilməsi istiqamətində mübarizəni fəal şəkildə davam etdirir”, - İstintaq Xidmətinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın