Marneulidə, Rustaveli küçəsində bir nəfər dünyasını dəyişib.
InterPress.ge-nin məlumatına görə, kişi marşurutdan düşərək yolu keçməyə çalışarkən qəfil halı pisləşib.
Ətrafa toplaşanlar ilkin tibbi yardım göstərsələr də, kişini xilas etmək mümkün olmayıb.
Ölən şəxs Batumidəndir və Sadaxlıda yaşayırmış.

