30 
May
2023
11:05
350

Polis Gününə həsr olunmuş tədbirlə əlaqədar Tbilisinin bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

30 may tarixində Polis Gününə həsr olunmuş tədbirə hazırlıq işləri zamanı saat 08:30-dan 21:00-dək M. Lağidze küçəsində nəqliyyatın hərəkəti qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, Kaxeti şossesindən Noe Ramişvili küçəsi istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Qeyd olunan məhdudiyyətlər mayın 30-u saat 21:00-da ləğv ediləcək.

“Mayın 31-də Polis Gününə həsr olunmuş tədbirlə əlaqədar olaraq Kaxeti şossesində saat 09:00-dan 12:30-a kimi avtomobillərin hərəkəti yenidən məhdudlaşdırılacaq.

O cümlədən, M. Lağidze küçəsində nəqliyyatın hərəkəti qadağan ediləcək.

Avtomobillər Şindiseli küçəsi 17-dən Cavaxeti küçəsi istiqamətində hərəkət edəcəklər.

Həmçinin, Kaxeti şossesində Cavaxeti küçəsinə qalxan pandus bağlanacaq və avtomobillər Cavaxeti küçəsinə Moskva prospekti istiqamətində hərəkət edəcək.

Şəhər mərkəzinə doğru hərəkət edən avtomobillərin axını Kaxeti şossesindən Cavaxeti küçəsinə enişlə hərəkət edə biləcək. Əlavə olaraq bildiririk ki, mayın 30-u və 31-də vətəndaşlar saat 09:00-dan 18:00-dək Patrul Polis İdarəsinin Lağidze küçəsində yerləşən ekspress bölməsi vasitəsilə polis xidmətindən faydalana biləcək.

Həmçinin Patrul Polis İdarəsinin telefon xidməti mərkəzi vasitəsilə məsafədən xidmətlər almaq mümkün olacaq”, - deyə Patrul Polis İdarəsinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər