27 
May
2023
22:31
1317

Polşa 2024-cü ildən minimum əmək haqqının növbəti artımını planlaşdırır

Polşa 2024-cü ildən minimum əmək haqqının daha bir artımını planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə sosial siyasət naziri Marlena Malaq məlumat verib.

Yerli KİV-in məlumatına görə, o bildirib ki, hökumətin planının məqsədi əhaliyə yüksək inflyasiya ilə mübarizə aparmağa kömək etməkdir.

Qeyd edək ki, son aylar dünyanın bir çox ölkələrində olduğu kimi Polşada da qiymətlər xeyli artıb. Fevralda inflyasiyanın rekord həddə çatması müşahidə olunub ki, bu da 18,4% təşkil edib. Apreldə inflyasiya azalaraq 14,7%-ə çatıb.

"Gələn il minimum əmək haqqı 4200 zlot (1015 ABŞ dolları) olacaq", - deyən nazir əlavə edib ki, bu il olduğu kimi gələn il də minimum əmək haqqı iki mərhələdə - yanvarın 1-dən və iyulun 1-dən artırılacaq.

Məlumat üçün bildirək ki, Polşada minimum əmək haqqı 2023-cü ilin yanvarından 3490 zlot olub, iyulun 1-dən isə 3600 zlota qədər artacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər