25 
May
2023
11:36
464

Poti limanında 80 kiloqrama qədər “heroin” götürülüb - 1 nəfər tutulub

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Maliyyə Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü İran vətəndaşı B.T. Gürcüstana qanunsuz olaraq külli miqdarda narkotik vasitələri gətirmək, almaq və saxlamaq ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Ümumdünya Gömrük Təşkilatı - Konteynerlərə Nəzarət Proqramının birgə layihəsi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Poti limanında təqsirləndirilən şəxsin idarə etdiyi təhlükəli yük avtomobilini müəyyən ediblər. Avtomobilə baxış zamanı qoşqusunun iki arxa qapısından 315 bükümdə, çəkisi 80 kiloqrama qədər olan “Heroin” narkotik vasitə maddi sübut kimi götürülüb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitəni İrandan Ermənistan və Gürcüstan vasitəsilə Avropaya daşımaq niyyətində olub. O, Gürcüstanın dəniz limanlarından biri vasitəsilə bunu etməyə cəhd edib, ancaq buna nail ola bilməyib və saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın