25 
May
2023
10:49
284

İstintaq Xidməti “aptek narkomanlığı” faktları müəyyən edib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “aptek narkomanlığı” faktlarının aşkar edilməsi məqsədilə fəal əməliyyat-istintaq fəaliyyətini davam etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

Mayın əvvəlində bütün Tbilisidə həyata keçirilən kompleks tədbirlər nəticəsində qanun pozuntusu ilə fəaliyyət göstərən 17 aptek müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan aptek müəssisələrinin fəaliyyətləri üçün zəruri icazə sənədlərinin olmadığı, müxtəlif adda və xüsusi nəzarətdə olan psixotrop vasitələrin reseptsiz satıldığı müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman vasitələri, onların satışından əldə edilmiş pul vəsaitləri, məlumat və sənədləri özündə əks etdirən kompüter avadanlığı aşkar edilərək götürülüb.

İstintaq Xidmətindən verilən məlumata görə, müvafiq istintaq tədbirləri davam etdirilir.

Sözügedən cinayət Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın