24 
May
2023
13:30
272

Dövlətə məxsus külli miqdarda pulun qanunsuz mənimsənilməsi faktları aşkarlanıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən Kaxeti Bölgə Prokurorluğu ilə razılaşdırılaraq həyata keçirilmiş istintaq tədbirləri nəticəsində saxta sənədlərin hazırlanması və istifadəsi, səhlənkarlıq və dövlətə məxsus külli miqdarda pul vəsaitinin qanunsuz mənimsənilməsi faktlarına görə 4 nəfər məsuliyyətə cəlb edilib, 1 sahibkar saxlanılıb.

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

İstintaq müəyyən edib ki, dövlət proqramı çərçivəsində Kənd İnkişaf Agentliyi ilə Kaxeti rayonunda qeydiyyatdan keçmiş kooperativlərdən biri arasında birgə maliyyələşdirmə sazişi imzalanıb və bunun əsasında kooperativ tərəfindən üzümün qəbulu və emalı üçün zəruri olan müvafiq avadanlıqların alınması dövlət tərəfindən maliyyələşdirilib, bunun üçün ona 500 min lari məbləğində vəsait verilib.

“Təqsirləndirilən şəxs - kooperativin rəhbəri dövlət pulunu qanunsuz olaraq ələ keçirmək məqsədilə başqa şirkətin rəhbərlərinin laqeydliyi nəticəsində adıçəkilən şirkətin adından istifadə edərək inventarların alınmasını təsdiq edən saxta sənədlər, həmçinin özəl ekspertiza müəssisəsinin eksperti vasitəsilə inventarın obyektə guya yerləşdirilməsi ilə bağlı saxta rəy alıb.

Daha sonra təqsirləndirilən şəxs öhdəliklərinin yerinə yetirildiyini təsdiqləmək üçün yuxarıda qeyd olunan saxta sənədləri Kənd İnkişaf Agentliyinə təqdim edib və bu yolla qanunsuz olaraq dövlət tərəfindən verilən birgə maliyyələşdirmə məbləğini - 500.000 lari əldə edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 210, 362, 2201 və 182-ci maddələri ilə aparılır.

Dövlətə dəymiş ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın