Gürcüstanda uşaqların 28%-i artıq çəkidən, 11%-i isə piylənmədən əziyyət çəkir.
InterPress.ge xəbər verir ki, bu, Uşaq Yaşlarında Piylənmə Müşahidəsinin (COSI) 2022 araşdırmasında qeyd olunub.
Eyni araşdırmaya görə, uşaqlar arasında meyvə-tərəvəz istehlakı nisbəti aşağıdır.
“Uşaq Yaşlarında Piylənmə Müşahidəsinin (COSI) 2022 araşdırmasına görə, uşaqların 28%-i artıq çəkidən (oğlanların 30%-i və qızların 26%-i) və 11%-i piylənmədən əziyyət çəkir. Meyvə-tərəvəz istehlakı aşağıdır”, - Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yaydığı məlumatda qeyd olunub.
