22 
May
2023
12:20
251

Prokurorluq insan alveri ilə bağlı bir nəfəri ittiham etdi

Gürcüstan Prokurorluğu xarici ölkə vətəndaşına qarşı insan alveri ilə bağlı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorluq artıq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

“Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Tayland Respublikasında yerləşən məşğulluq agentliklərindən biri Tayland Respublikasının üç vətəndaşına onları Batumidəki gözəllik salonunda masajçı kimi işə düzəltməyi vəd edib. Zərərçəkmişləri Tbilisi Beynəlxalq Hava Limanında məşğulluq agentliyinin nümayəndəsi kimi əcnəbi vətəndaş qarşılayıb və o, Batumi əvəzinə zərərçəkmişləri aldadaraq Zestaponiyə aparıb, pasportlarını əlindən alıb və müstəqil hərəkət etmələrinə icazə verməyib. Təqsirləndirilən şəxs  zərərçəkmişləri müəyyən təzminat müqabilində əcnəbi vətəndaşlar üçün cinsi xidmət göstərməyə məcbur edib.

O, Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin üçüncü hissəsinin “b” yarımbəndi ilə ittiham olunub. Cinayət 12 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın