22 
May
2023
11:51
260

Gürcüstan yaşıl hidrogen istehsalına başlayır

Gürcüstanda yaşıl hidrogenin istehsalını nəzərdə tutan innovativ layihəyə start verilir.

InterPress.ge xəbər verir ki, bərpa olunan enerji layihələrinin inkişafı üçün böyük potensiala malik olan Gürcüstan bu imkandan istifadə edərək yaşıl hidrogenlə dünya bazarında mövqe tutmağı planlaşdırır.

Yaşıl hidrogen layihəsinin inkişafı ilə bağlı anlaşma memorandumu artıq Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstanın Neft və Qaz Korporasiyası, Batumi Bələdiyyə Meriyası və Almaniyanın Yenidənqurma Kredit Bankı (KfW) arasında imzalanıb.

Bu, bu istiqamətdə ilk layihə olacaq. Yaşıl hidrogen haqqında məlumatlılıq artacaq və təcrübə qazanılacaq. Onun vasitəsilə hidrogenlə bağlı digər layihələri həyata keçirilə bilinəcək.

Təbii qazla müqayisədə hidrogen bir çox üstünlüklərə malikdir. Əvvəla, təmizdir və Gürcüstanın onu istehsal etmək imkanı var. Bu o deməkdir ki, ölkə bu yolla gəlir əldə edə bilər. Yaşıl hidrogen enerji təhlükəsizliyini gücləndirməyə və idxal olunan yanacaqları əvəz etməyə kömək edəcək, çünki biz zəngin bərpa olunan enerji resurslarına malikik.

Avropa İttifaqı yaşıl hidrogen istehsalına böyük diqqət yetirir, Gürcüstan “Beynəlxalq Enerji İttifaqının” üzvü kimi ən son beynəlxalq tendensiyaları nəzərə alır. Artıq bir çox ölkələr 2050-ci ilə qədər təbii qazı böyük ölçüdə alternativ enerji ilə əvəz etmək öhdəliyi götürüblər. İnkişaf etmiş ölkələr tədricən hidrogenə keçməyə və bununla da iqlim dəyişikliyinin qarşısını almağa hazırdırlar. Onun bir çox istifadə perspektivləri var: elektrik enerjisinin istehsalı və rezervasiyası, nəqliyyat vasitələri üçün alternativ və təmiz enerji, fabrik və istehsalatların hidrogen enerjisinə keçirilməsi, binaların qızdırılması üçün istifadəsi və s. Avropa bu istiqamətdə ciddi addımlar atır. Bu, onlar üçün gələcəyə sərmayədir. Gürcüstan onu təkcə daxili istehlak üçün deyil, həm də ixrac edə bilər.

Bizimlə əlaqə saxlayın