20 
Iyl
2020
21:30
2621

Qardabani epidemoloji vəziyyətə görə bağlana bilərmi? - AÇIQLAMA

"Kvemo Kartlinin Qardabani bələdiyyəsində mövcud vəziyyət bizi çox narahat edir".

InterPress.ge xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Onun məlumatına görə, Qardabani bələdiyyəsində 20 dən çox hal qeydə alınan bir neçə neçə kəndində geniş test götürülmə prosesləri həyata keşiriləcək.

Onun bildirdiyinə görə genişləndirilmiş tesləşdirmə proseslərində bir neçə min insan bioloji tədqiqatlardan keçəcək.

"Hələki koronavirusa yoluxanların yeni hallarında daxil edilmə halları üstünlük təşkil edir. Biz onları vaxtında müəyyən edirik və müalicəyə alırıq. Kvemo Kartlinin Qardabani bələdiyyəsində mövcud vəziyyət bizi çox narahat edir. Qardabani bələdiyyəsində 20-dən çox hal qeydə alınan bir neçə neçə kəndində geniş test götürülmə prosesləri həyata keşiriləcək. Bu kəndlərin bütün əhalisi bioloji test prosesindən keçəcəklər. Qardaban bələdiyyəsində müəyyən edilmiş koronavirusun yeni hallarından 3-nun mənbəyi məlum deyil "-deyə Amiran Qamğrelidze bildirdi.

Onun qeyd etdiyinə görə Qardabani bələdiyyəsinin bağlanması ilə bağlı qərarı sabah koordinasiya şurası müzakirə edəcək.

"Bu haqda sabah koordinasiya Şurasında müzakirə baş tutacaq. Ölkədə koronavirus hal hazırda idarəolunandır", - deyə Amiran Qamğrelidze qeyd etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər