21 
May
2023
23:12
447

Həmkəndlisini qetlə yetirən şəxs polis tərəfindən yaxalandı

Daxili İşlər Nazirliyinin Kaxeti polis departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü şəxs qəsdən adam öldürmə maddəsi ilə yaxalanıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs həmkəndlisini qətlə yetirib. O, ov tüfəngindən açılan atəş nəticəsində ölümcül yaralanıb. Polis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar təqsirləndirilən şəxs qismində yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi cinayət silahını - ov tüfəngini götürüblər. Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsinə əsasən araşdırılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər