19 
May
2023
20:48
399

Parlament qarşısında mitinq başlayır

Gürcüstan parlamentinin qarşısına aksiya məqsədilə vətəndaşlar toplaşırlar. 

InterPress.ge xəbər verir ki, onlar Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına növbəti dəfə etiraz edəcəklər.

Aksiya iştirakçıları iddia edir ki, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası ölkəni ciddi risk qarşısında qoyur və biz Avropa İttifaqına namizəd ölkə statusundan məhrum qala bilərik.

Məlumata görə, bugünkü mitinqdə heç bir çıxış olmayacaq.

Xatırladaq ki, 2019-cu ildə Rusiya Federasiyası öz qərarı ilə Gürcüstanla uçuşları ləğv etdikdən sonra bu gün ilk dəfə Rusiya təyyarəsi Tbilisi hava limanına eniş edib. Gürcüstanla Rusiya arasında uçuşların bərpası barədə qərarı bu ilin mayında Rusiya prezidenti Vladimir Putin verib.

Bizimlə əlaqə saxlayın