19 
May
2023
12:54
245

Rusiya aviaşirkəti Kutaisiyə də uçuşlar həyata keçirəcək

Rusiyanın “Red Wings” aviaşirkəti Gürcüstanın Mülki Aviasiya Agentliyindən uçuş icazəsi alıb.

InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat verib.

Red Wings Soçi-Tbilisi və Moskva-Kutaisi reyslərini yerinə yetirəcək.

Bundan əvvəl Rusiyanın “Azimut” aviaşirkəti uçuş üçün icazə alıb və mayın 19-dan Moskva-Tbilisi marşrutu üzrə uçuşlara başlayıb.

Bizimlə əlaqə saxlayın