19 
May
2023
11:05
159

Moskvanın bir neçə rayonunda quş qripinə görə karantin elan edilib

Moskvanın bir neçə rayonunda quş qripi ilə əlaqədar karantin elan edilib.

InterPress.ge xəbər verir ki, Rusiya KİV-i məlumatı Moskva meri Sergey Sobyaninin saytında dərc olunmuş iki fərman əsasında yayıb.

Moskvanın iki rayonunda çöl quşlarının infeksiyaya yoluxma hallarının aşkarlanması ilə əlaqədar karantin tətbiq edilib. Bu səbəbdən virusun bir neçə bölgədə yayılması təhlükəsi yaranıb. Karantin tətbiq olunan ərazilərdə karantin tədbirləri həyata keçiriləcək. Məhdudiyyət müddətində vətəndaşların virusun yayıldığı və mərkəzləşdiyi yerlərə getməsi qadağan edilib.

Eyni ərazilərdə xəstə quşların müalicəsi qadağandır. Bundan əlavə, quşların və yumurtaların gətirilməsi və çıxarılması, o cümlədən ölmüş quşların tüklərinin çıxarılması, kənd təsərrüfatı yarmarkalarının keçirilməsi və quşların daşınması ilə ağlı digər tədbirlərin keçirilməsi qadağandır.

Rusiya mətbuatı Ümumdünya Səhiyyə Təşkilatına əsaslanaraq insanların quş qripinə yoluxma risklərinin olduğunu yazıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yoluxma, əsasən, yoluxmuş quşla birbaşa əlaqə və ya infeksiyanın olduğu yerə baş çəkməklə baş verə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər