18 
May
2023
19:07
220

Qiorqi Amilaxvari azərbaycanlı həmkarı ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvar Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevi, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universitetinin) rektoru Hafiz Paşayevi və nümayəndə heyətinin digər üzvlərini qəbul edib. 

InterPress.ge xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlikdə keçirilən görüşdə nazirlər Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini və birgə layihələrin həyata keçirilməsi yollarını müzakirə ediblər.

Qiorqi Amilaxvari səmərəli tərəfdaşlığa görə Emin Əmrullayevə təşəkkür edib və iki ölkə arasında təhsil və elm sahəsində sıx əməkdaşlığı müsbət qiymətləndirib. Söhbətdə məktəb dərsliklərinin təkmilləşdirilməsi, müəllimlərin ixtisasının artırılması məsələlərinə toxunulub.

Tərəflər, həmçinin Gürcüstan və Azərbaycanın akademik dairələri ilə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, birgə elmi və tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdən sonra Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Tbilisi Dövlət Universitetinin rektoru, akademik Caba Samuşia, Gürcüstanın Texniki Universitetinin rektoru, akademik Davit Qurqenidze, Kutaisi Beynəlxalq Universitetinin rektoru, professor Aleksandre Tevzadze və Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev imzalayıb.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində həm professor-müəllim heyətinin, həm də tələbələrin iştirakı ilə birgə mübadilə proqramlarının, tədqiqat layihələrinin və peşəkar təlimlərin təşkili nəzərdə tutulur. Bundan başqa, memorandumda müxtəlif seminarların, konfransların və mədəni proqramların həyata keçirilməsinə dəstək nəzərdə tutulub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər