“Sarp” gömrük-keçid məntəqəsində 2 qanun pozuntusunun qarşısı alınıb
“Sarp” gömrük-keçid məntəqəsində 2 qanun pozuntusunun qarşısı alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verib.
Məlumata görə, gömrükçülər xarici ölkə vətəndaşına məxsus əl yükünə baxış keçirərkən, gömrük nəzarətindən gizlədilən 34206,26 lari (çəkisi: 239,64 qram) dəyərində qızıl sikkələr aşkar ediblər.
“Həmçinin, xarici ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinin salonunda aparılan ətraflı yoxlama nəticəsində qanun pozuntusu faktı aşkarlanıb. Bəyan edilməmiş qızıl-zinət əşyalarının ümumi gömrük dəyəri (çəkisi: 224,26 qram) 21376,45 lari təşkil edib.
Qeyd olunan iki qanun pozuntusu faktı ilə bağlı əlavə cavab tədbirləri görülməsi üçün iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib”, - deyə qurumun yaydığı məlumatda qeyd olunur.


