Aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 33 fakt aşkar edilib
Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aprel ayında rüsumsuz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 33 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.
Məlumata görə, 2023-cü ilin aprel ayı ərzində Gürcüstan ərazisində həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda aksiz markası olmayan malların saxlanması - daşınması - satışı ilə bağlı 33 fakt aşkar edilib, 29 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 10-u saxlanılıb.
İstintaq tədbirləri nəticəsində cinayətin üstü açılan şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 422.000 laridən artıq olan ümumilikdə 86.285 ədəd müxtəlif adlı rüsumsuz siqaretlər götürülüb. Bu cinayət Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsində nəzərdə tutulub və 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


