15 
May
2023
20:47
387

Parlamentdə Rusiya vətəndaşları ilə əlaqədar hazırlanan qanunlayihəsi müzakirəyə çıxarılıb

Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarına 2024-cü il dekabrın 31-dək müvəqqəti olaraq daşınmaz əmlak almağa qadağa qoyulacağını nəzərə alan qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

InterPress.ge xəbər verir ki, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri müxalifətdən olan deputatlar Roman Qoçiridze və Xatiya Dekanoidze hazırlayıb. 

Layihə Büronun bu gün keçirilən iclasında təqdim olunub.

Layihəyə əsasən, 2024-cü il dekabrın 31-dək Rusiya vətəndaşlarına alqı-satqı və ya hədiyyə müqaviləsi əsasında daşınmaz əmlaka sahib olmaq qadağan ediləcək. Sözügedən məhdudiyyət təkcə əmlakı vərəsəlik edəcək şəxslərə şamil edilməyəcək.

Layihənin təşəbbüskarlarının sözlərinə görə, sözügedən qanun layihəsi təhlükəsizlik problemlərindən əlavə, Gürcüstan vətəndaşlarını qiymət artımlarından qorumaq məqsədi daşıyır.

“Gürcüstanda liberal viza rejimi altında Gürcüstanda qalan və intensiv olaraq mənzil və digər daşınmaz əmlak alan 120 minə yaxın Rusiya vətəndaşı ölkəyə daxil olub. 2022-ci ildə Gürcüstanda satılan daşınmaz əmlakın demək olar ki, beşdə biri xarici vətəndaşlar tərəfindən alınıb, onlardan 6062-si Rusiya vətəndaşlarıdır. Alıcıların sayı 4520 nəfərə bərabərdir. 2023-cü ilin birinci rübündə Rusiya vətəndaşları 2187 mənzil alıb, burada alıcıların sayı 1679 nəfərdir. Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak almağa belə artan meyli Gürcüstan vətəndaşlarının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu hadisələr fonunda mənzillərin qiyməti xeyli artıb, bu səbəbdən Gürcüstan vətəndaşlarının xeyli hissəsi üçün mənzil almaq və kirayələmək çətinləşib”, - qanun layihəsinin izahat kartında qeyd edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər