15 
May
2023
11:35
226

Gürcüstan və Rusiya arasında müntəzəm hava hərəkəti tələbi ilə bir neçə aviaşirkətdən müraciət daxil olub

Gürcüstanın Mülki Aviasiya Agentliyinə bir neçə aviaşirkətdən Gürcüstan və Rusiya arasında müntəzəm hava hərəkəti tələbi ilə müraciət daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin bəyanatında deyilir.

Agentliyin məlumatına görə, hər bir müraciətlə bağlı qərar aviaşirkətlərin və onlara məxsus təyyarələrin beynəlxalq sanksiyalar və ya məhdudiyyətlərlə bağlı mövcud vəziyyəti ətraflı öyrənildikdən sonra veriləcək.

"Mülki Aviasiya Agentliyi sanksiyalara əməl edən və eyni zamanda Rusiya Federasiyası ilə birbaşa hava əlaqəsi olan dövlətlərin nümunələrini məsləhətləşir və öyrənir.

Xüsusilə bildiririk ki, Mülki Aviasiya Agentliyinə edilən hər bir müraciətlə bağlı aviaşirkətlərin və onların hava marşrutlarının beynəlxalq sanksiyalar və ya məhdudiyyətlərlə bağlı mövcud vəziyyəti ətraflı araşdırıldıqdan sonra qərar veriləcək və uçuş icazələri yuxarıda qeyd olunan prinsipə müvafiq olaraq veriləcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər