Yunanıstanda bahalı zinət əşyaları oğurlamaqda günahlandırılan gürcü qadın saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb.
Məlumata görə, gürcü qadın işlədiyi evdən qızıl-zinət əşyaları oğurlayıb. O, şəriki ilə birlikdə xüsusi alətlərin köməyi ilə divarı yarıb və qızıl-zinət əşyalarını oğurlayıb.
Məlum olub ki, ailənin xadiməsi köməkçi işləyən gürcü qadına zinət əşyalarını göstərib və qadının diqqətini mavi daşlarla bəzədilmiş qolbaq çəkib. Oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyəri 90 min avro təşkil edib.
.jpg)