14 
May
2023
12:33
383

DİN yetkinlik yaşına çatmayanların alveri faktı ilə bağlı 4 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 4 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat yayıb.

Qurumdan verilən məlumata görə, 2001-ci il təvəllüdlü D.P., 1971-ci il təvəllüdlü Q.P., 1998-ci il təvəllüdlü N.Q. və hazırda şərti sınaqda olan 2000-ci il təvəllüdlü M.K. azyaşlıların alveri ittihamı ilə saxlanılıblar.

Cinayət 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər D.P., Q.P., N.Q. və M.K. azyaşlı uşaqları sistemli şəkildə psixoloji təzyiqə və əmək istismarına məruz qoyub. Onları gül satıb maddi yardım istəməyə məcbur ediblər. Aldıqları məbləğdən özləri istifadə ediblər. Yetkinlik yaşına çatmayanlar saxlanılan şəxslərin göstərişlərinə tabe olmadıqda onlara şifahi və fiziki təzyiq göstərilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər