Eks prezident: "Putin dünənki addımı ilə ordusunu Tbilisiyə daxil etmək üçün zəmin hazırlayır"
Gürcüstanda Putini məndən yaxşı tanıyan yoxdur. Dünənki addımı ilə o, gürcülərin rəğbətini qazanmağa yox, ordunu Tbilisiyə daxil etmək üçün zəmin hazırlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sosial şəbəkə səhifəsində qeyd edilib.
Onun sözlərinə görə, o, daha sürətli hərəkət edəcək və namizəd statusunun verilməsi ilə bağlı qərarı gözləməyəcək.
“2008-ci ildə bunu edə bilmədiyimə görə o, məni və gürcü xalqını bu günə kimi bağışlamayıb.
Təbii ki, o, namizəd statusunun verilməsi ilə bağlı qərarı gözləməyəcək və daha sürətli hərəkət edəcək.
Buna görə də, indi həmişəkindən daha çox, bütün cəmiyyətin konsolidasiya nümayişinə ehtiyacımız var ki, qarşıda heç bir asan yol olmadığını görsün.
Sağlamlığıma gəlincə, hər gün təzyiqim 160/100, 38°C olur, arıqlama davam edir və qan analizlərində ciddi problemlər olduğu üçün hər gün qan plazmasının köçürülməsinə ehtiyac var.
Bunu ona görə yazıram ki, vəkillərimə qanuni olaraq bizə aid olan sağlamlıq sənədlərini almağa mane olurlar. Bizə absurd səbəblər gətirirlər, məsələn, işçinin məzuniyyətdə olması.
Bizə maneçilik törədirlər ki, sənədləri vaxtında Strasburqa təqdim edə bilməyək, eyni məqsədlə Avropa İttifaqının 27 ölkəsinin mandatı ilə təchiz edilmiş və Avropa İttifaqından olan həkimlər qrupuna icazə vermirlər”, - Saakaşvili yazıb.


