Qiorqi Qaxaria: "İvanişvili Gürcüstanın Avropaya inteqrasiya perspektivini təhdid edir"
Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsi və aviaşirkətlər üçün Gürcüstana uçuşlara qoyulan qadağaları aradan qaldırması hökumətin “yaxşı davranışının” nəticəsidir.
InterPress.ge xəbər verir ki, bu barədə
“Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxaria bildirir.
Onun sözlərinə görə, “Gürcü Arzusu” partiyasının keçmiş sədri, keçmiş baş nazir Bidzina İvanişvili Gürcüstanı işğalçının tərəfinə çəkir.
“Rusiyanın uçuşları bərpa etmək və viza məhdudiyyətlərini aradan qaldırmaq qərarı Gürcüstan hökumətinin “yaxşı davranışının” nəticəsidir. İvanişvili Gürcüstanı təcavüzkarın tərəfinə çəkir və gürcü xalqının iradəsinə zidd olaraq Gürcüstanın Avropaya inteqrasiya perspektivini təhdid edir”, - Qaxariya deyir.
Məlumat üçün bildirək ki, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin verib. Putinin fərmanına əsasən, mayın 15-dən viza rejimi ləğv ediləcək. Gürcüstan vətəndaşları Rusiya ərazisində 90 günə qədər vizasız qala bilərlər. Bundan əlavə, Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı aradan qaldırıb.


