10 
May
2023
20:44
376

Gürcüstan XİN: "İstənilən ölkə öz vətəndaşları üçün hansı ölkəyə vizasız rejim tətbiq edəcəyinə özü qərar verir"

İstənilən ölkə öz vətəndaşları üçün hansı ölkəyə vizasız rejim tətbiq edəcəyinə özü qərar verir.

 InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri İliya Darçiaşvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə və aviaşirkətlər üçün Gürcüstan istiqamətilə uçuşlara qoyulan qadağanın aradan qaldırılmasına münasibət bildirib.

Nazirin sözlərinə görə, bu, şimal qonşunun müstəqil qərarıdır.

“Hamımızın birlikdə eşitdiyimiz Rusiya Federasiyasının verdiyini qərarı, şimal qonşumuzun Gürcüstan vətəndaşları üçün vizasız rejimin aradan qaldırılması ilə bağlı müstəqil qərarı olduğunu qeyd etmək istərdim. Bu, Gürcüstan vətəndaşlarına münasibətdə Rusiya Federasiyasının suveren qərarıdır. İstənilən ölkə öz vətəndaşları üçün hansı ölkələrə vizasız rejim yaratmalı və hansı vətəndaşlar üçün onu aradan qaldıracağına özü qərar verir”, - İliya Darçiaşvili bildirib.

İlia Darçiaşvilinin sözlərinə görə, humanitar prizmadan görünən bu qərar istənilən məsuliyyətli hökumət üçün xoşdur.

“Biz həmişə deyirik ki, xaricdə yaşayan vətəndaşlarımız həmişə bizim diqqətimizdədir, o cümlədən bu məsələdədə. Birmənalı şəkildə demək istəyirəm ki, Rusiya Federasiyasında bir milyondan artıq vətəndaşımız yaşayır, onların Gürcüstanda yaşayan insanlarla, öz yaxınları, qohumları ilə çox sıx əlaqələri var.Humanitar prizmadan baxılan bu qərar hər kəs üçün xoşdur. Qərar vətəndaşlarımızın həyat şəraitini asanlaşdıracaq, onların bu qərarla bir-biri ilə ünsiyyət və gediş- gəlişə şərait yaradacaq",- Darçiaşvili deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər